7 | Gözün aydın, Azərbaycan!
|
Sizcə, nə üçün şair
Azərbaycana göz-
aydınlığı
verir?
Bu iki misrada hansı fikir ifadə olun muşdur?
Gözün aydın, uca xalqım,
Gözün aydın, məmləkətim,
Od millətim, odlar yurdum!
Şirürəkli cəsur ordum
Tariximin səhifəsinə
“Biz qalibik” kəlməsini yaza bildi.
“Qaçqın”, “köçkün” sözlərini
yaddaşlardan poza bildi.
Yürüdükcə addım səsi
Düşmənimin ürəyini silkələdi.
Od sıçradı. Odlar oğlu od ələdi.
Yağı düşmən sinəsində od qaladı,
Otuz ilin həsrətini, qubarını
pərən saldı, parçaladı.
Yuvasından ayrı düşən
yuvasına sahib oldu.
Dünənimdə məğlub olan
Bu günümdə qalib oldu.
Arzularım, diləklərim çiçək açdı,
Al Günəşim Vətənimin üfüqündən işıq saçdı,
Nur çilədi torpağıma.
...“Kimsə durmaz önümüzdə” deyənlərin
Önlərində dura bildik.