MƏNƏVİ DÜNYAM
Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.
Ümummilli lider Heydər Əliyev
Mən sizinlə birlikdə mənəvi dəyərlər aləminə səyahət edəcək, bu aləmdə mənəvi keyfiyyətlərin nə olduğunu öyrənəcəyəm.
Sizi “Baxmaq, görmək, tətbiq etmək” adlı maraqlı bir səyahətə dəvət edirik.
Bir şeyi edə biləcəyinizə inandığınız zaman ağlınız onu etmək üçün yollar axtarmaqda sizə kömək edəcəkdir!
Bu səyahətimizdə milli-mənəvi dəyərlər aləmi ilə tanış olacaqsınız. Sağlam, təhlükəsiz mühitdə yaşamaq üçün lazım olan keyfiyyətləri müəyyən edəcəksiniz. Hər mətnin sonunda isə “Dəyərlər ağacı”nda müəyyən etdiyiniz müsbət keyfiyyətləri qeyd edəcəksiniz. Bunun əsasında siz “Mənəvi dəyərlər” (izahı verilməklə) adlı kataloq tərtib edə bilərsiniz.
Hazırsınızmı? Elə isə davam edək!