NİZAMİ GƏNCƏVİ. “YARALI BİR UŞAĞIN DASTANI”
MİRMEHDİ SEYİDZADƏ. "ƏQRƏB VƏ ÇANAQLI BAĞA”
(TƏSVİRİ VƏ NƏQLİ XARAKTERLİ ƏSƏRLƏRDƏ OBRAZLARIN TƏQDİM
EDİLMƏSİNDƏ OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏRİN
QARŞILAŞDIRILMASI)
Siz artıq hər hansı bir əsərdə iki obraz haqqında məlumat toplamağı, onlar əsasında mühakimə yürütməyi və qarşılıqlı müqayisə etməklə onlara əsaslandırılmış münasibət göstərməyi öyrənmisiniz. Bu dərsdə isə siz bu fəaliyyəti bir qədər fərqli şəkildə həyata keçirəcəksiniz. Ayrı-ayrı əsərlərin qəhrəmanlarını təqdim edilən xüsusiyyətlər baxımından araşdıracaq, əldə etdiyiniz məlumatlar əsasında onlar haqqında fikirlər yürüdəcəksiniz. Sonra həmin fikirləri qarşılaşdırıb müqayisə edəcəksiniz. Həcm baxımından daha geniş, süjet baxımından daha mürəkkəb əsərlərdəki obrazları bu şəkildə qarşılaşdırmaq və onlar barədə müqayisəli mühakimə yürütmək sizin əlaqələndirmək bacarığınızı daha da inkişaf etdirə bilər.
Tapşırıq 1.
1. Nizami Gəncəvinin “Yaralı bir uşağın dastanı” və Mirmehdi Seyidzadənin "Əqrəb və Çanaqlı bağa” başlıqlı əsərlərini oxumazdan əvvəl oxuya hazırlıq işləri aparın.
2. Yardımçı sualları cavablandırmaqla bədii nümunələri oxuyun. Hər iki əsərdəki əsas obrazları müəyyən edin.
3. Əsərdəki obrazların təsvirində səciyyəvi cəhətləri və gəldiyiniz qənaətləri sxemə daxil edin.