Mirmehdi Seyidzadə
Mırmehdi Seyidzadə Azərbaycan ədəbiyyatında görkəmli uşaq şairi kimi tanınır. O, uşaqlar üçün şeirlər, nağıllar, təmsillər yazmışdır. Əsərlərinin əsas mövzusunu Vətənə məhəbbət, dostluq, sədaqət kimi müsbət keyfiyyətlər təşkil edir. Şeirlərində insanın vətənpərvərlik duyğularını, saf məhəbbətini tərənnüm etmişdir. Şair uşaqlan təbiət və canlı aləmlə yaxından tanış etmək məqsədilə xalq nağıllarına tez-tez müraciət etmişdir. Onun nağılları uşaqlar tərəfindən həmişə rəğbətlə qarşılanmış, maraqla oxunmuşdur. Şair təmsillərində də uşaqlar üçün əhəmiyyətli məsələlərə toxunub, mövzuların əxlaqi və tərbiyəvi olmasına fikir verib. Mirmehdi Seyidzadə tərcüməçi kimi də tanınmışdır. O, rus və Avropa ədəbiyyatının uşaq şeiri nümunələrini dilimizə tərcümə etmişdir. Bəstəkarlar şairin şeirlərinə musiqi bəstələmişlər.
SABİR ƏHMƏDLİ. “DƏRS”
(NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN QURULUŞU: MƏTNİN HİSSƏLƏRİ.
NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRDƏ HADİSƏLƏRİN
ARDICILLIĞININ MÜƏYYƏN EDİLMƏSİ)
Məktəbli dost! Əsərin hissələrini müəyyən etməyin nə qədər əhəmiyyətli bir bacarıq olduğunu aşağı siniflərdə qazandığınız təcrübədən bilirsiniz. Müxtəlif oxu fəaliyyətlərini yerinə yetirərkən həmin bacarıqlardan kifayət qədər bəhrələnmisiniz. Bu bacarıq oxuduğunuz əsərin məzmun və ideyasını sistemli dərk etməkdə sizə yardımçı olub. İndi isə həmin bacarıqları daha da inkişaf etdirmək istiqamətində işlər aparacaqsınız.
siniz.