OXU VƏ YAZI PROSESİ
Məktəbli dost! Siz artıq beşinci sinifdə oxunu təşkil etməyin yollan ilə bağlı müəyyən bilik və bacarıqlara yiyələnmisiniz. Bədii nümunələri oxumazdan əvvəl, oxuyarkən və oxuyandan sonra hansı işlərin aparılmasının əhəmiyyətli olduğunu öyrənmiş və bunu təcrübədə də tətbiq etmisiniz.
Siz hər hansı hadisəni nağıl etməyin yollarını öyrənmiş, təsvir xarakterli bədii nümunələri verilən təlimatların yardımı ilə oxuyub araşdırmısınız.
Bu dərs ilində də həm bu xüsusiyyətlərə malik bədii nümunələr üzərində iş aparacaq, həm də bu istiqamətdə bilik və bacarıqlarınızın dairəsini genişləndirəcəksiniz. Mühakimə xarakterli mətnlər (inşalar) yazmağı öyrənmək məqsədilə əvvəlcə belə mətnlərin xüsusiyyətləri və quruluşu barədə bilik və bacarıqlara yiyələnəcəksiniz. Bu bacarıqlar sizə həm də dərslikdə verilən digər məlumatlandırıcı və şərhedici mətnləri asanlıqla dərk etməkdə yardımçı olacaqdır.
YUSİF BALASAQUNLU. «QUTADQU BİLİK -
SƏADƏT GƏTİRƏN ELM»
(OXU PROSESİ)
Bu təlimatlar ədəbiyyat dərslərində oxuduğunuz bədii nümunələri dərk etməkdə sizə yardımçı olacaq. Bununla həm də başqa fənlərdə oxuduğunuz mətnləri asanlıqla başa düşərsiniz. Oxu səmərəliliyini yüksəltməyə nail olarsınız. Oxu prosesinin üç mühüm mərhələsini əhatə edən bu təlimatlar “Oxunun təşkili cədvəli”ndə təqdim edilmişdir.