İVAN KRILOV. “AĞAC”
(NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN NAĞIL EDİLMƏSİ,
NƏTİCƏLƏRİN ÇIXARILMASI)
Şahidi olduğunuz hadisəni olduğu kimi çatdırmaq və müsahibinizdə tam təsəvvür yaratmaq əhəmiyyətli həyati bacarıqdır. Bunu edə bilmək üçün yalnız zəngin söz ehtiyatına malik olmaq kifayət deyil. Fikrinizi təşkil etmək, mərhələ-mərhələ müsahibinizə çatdırmaq müəyyən bilik, bacarıq tələb edir. Siz ötən dərs ilində sadə bədii nümunələr üzərində belə fəaliyyətlər yerinə yetirmisiniz. Bu il daha mürəkkəb bədii nümunələr üzərində həmin bacarıqlarınızı tətbiq edəcəksiniz. Nəqletmə zamanı hadisələrə əsaslandırılmış münasibət bildirəcək, gəldiyiniz qənaətləri yoldaşlarınızla bölüşəcəksiniz.
Taşırıq 1.
Təqdim edilən sxemə əsasən nəqletməni oxuduğunuz əsər üzrə müvafiq ardıcıllıqla təşkil edin.