“ÇAHARGAH ƏFSANƏSİ”
(MÜSTƏQİL İŞ)
Tapşırıq
1. Oxuya hazırlıq aparmaqla əsəri oxuyun. Təqdim olunan sxemdən istifadə etməklə əsərin elementlərini müəyyənləşdirin:
(Əfsanə)
Qədim zamanlarda bir alim yaşayırdı. O öz gözəl əməlləri ilə xalqın rəğbətini qazanmışdı.
Alimin sorağı yaşadığı ölkənin hökmdarına da çatır. O, saraya cəlb etmək məqsədilə alimi çağırtdırır və öz yanında qalmağı ona təklif edir.