2. Nəqletmənin təşkilinə xidmət edən aşağıdakı cədvəli yazılı şəkildə yerinə yetirin:
Cədvəl 23
Əsər: Müəllif: |
|
Əsərin ardıcıllığı | Nəqlin təşkili |
Giriş: — Əsas obraz kimdir? — Hadisələr harda və nə zaman baş verir? — Əsər hansı hadisə ilə başlanır? |
|
Əsas hissə: — Əsas hissədə nə baş verir? — Problem nədən ibarətdir? — Problemin həllinə nail olmaq üçün əsas obraz nə edir? |
|
Nəticə: — Problem necə həll olundu? — Əsər necə başa çatdı? |
3. Əldə etdiyiniz nəticələri yoldaşlarınızla müzakirə edin, onların faydalı fikirlərindən bəhrələnməklə işinizin keyfiyyətini yüksəldin. Müzakirələr zamanı öyrəndiyiniz yeni sözlərdən istifadə edin.
“İSGƏNDƏR QUŞ DİLİ ÖYRƏNİR”
(BİZ NƏ ÖYRƏNDİK?)
(Azərbaycan xalq nağılı)
Bir gün İsgəndər səhər tezdən reyhan bağına çıxmışdı. Bu bağın tən ortasında böyük bir hovuz vardı. İsgəndər dünyada olan bütün balıqlardan tutub buraya salmışdı. O hər səhər tezdən gəlib bu balıqlara tamaşa edərdi. Yenə də qaydası üzrə İsgəndər həmin hovuzun kənarında oturmuşdu. Çay içə-içə balıqlara tamaşa edirdi. Gördü ki, birdən Günəşin üzü qara buludlarla örtüldü. İsgəndər qorxu içərisində başını yuxarı qaldırıb bunların qara qarğa olduğunu gördü. Qarğalar öz dillərində danışmağa başladılar, sonra çıxıb getdilər.