“BASATIN TƏPƏGÖZÜ ÖLDÜRDÜYÜ BOY”
(TƏSVİRİ-NƏQLİ XARAKTERLİ ƏSƏRDƏ OBRAZLAR ÜZRƏ İŞ)
Tapşırıq. Əsərdə obrazların başlıca xüsusiyyətləri barədə məlumat toplayın, onların xarici görkəminin və ictimai vəziyyətinin təsvirini araşdırın. Obrazın xüsusiyyətləri ilə bağlı əsaslandırılmış mühakimələr yürüdün.
a) Obrazların başlıca xüsusiyyətləri barədə məlumat toplayın.
b) Obrazın ictimai vəziyyətinin necə təsvir edildiyini müəyyən edin.
İctimai varlıq | Göstəricilər | Nümunələr |
Şəxsiyyət |
a) arzuları və istəkləri b) ehtiyat etdiyi və qorxduğu məqamlar c) ayrı-ayrı problemlərə reaksiyası d) nikbin və ya bədbin olması, xeyirxah və ya bədxah olması e) mənəviyyatca zəif, yoxsa güclü, zəngin, yoxsa kasıb olması ə) insanlara isti və soyuq münasibəti |
|
Davranışı |
a) necə hərəkət etdiyi, nəzakətli, nəzakətsiz,
şəfqətli, şəfqətsiz, mehriban,
sərt b) ünsiyyətcil, yaxud ünsiyyətdə çəkingən olması c) zarafatcıl və ya həddən artıq ciddi olması d) fərqli şəraitlərdə davranışı |