2. Mətnin tərtibində əhəmiyyət verilməli digər məsələləri izah edin.
Mətnin tərtibində əhəmiyyət verilməli digər məsələlər | |
Göstəricilər | Nümunələr |
— Əsasən, keçmiş zamanda baş verən hadisələr haqqında danışılır; | |
— Konkret zamanda və məkanda əşya, hadisə, insanı təsvir edərkən feillər və dəqiq seçilmiş isimlərlə yanaşı, sifət və zərflərdən də geniş istifadə edilir; | |
— Hadisələr həm keçmiş zamanda III şəxsin, həm də indiki zamanda I şəxsin dilindən yazılır. Bununla oxucu yaradılan obraza daha da yaxınlaşdırılır; | |
— Müəllif oxucusunu haqqında danışılan zaman və məkana “aparır”, insanlarla “görüşdürür”; | |
— Dialoq zamanı hadisələr keçmişdən indiyə və ya gələcəyə dəyişə bilir. |
“BASATIN TƏPƏGÖZÜ ÖLDÜRDÜYÜ BOY”
(TƏSVİRİ-NƏQLİ XARAKTERLİ ƏSƏRİN HİSSƏLƏRİ: HADİSƏLƏRİN
ARDICILLIĞI VƏ SÜJET)
Tapşırıq 1.
Əsərdə ayrı-ayrı hadisələrin ardıcıllığını müəyyən etmək üçün təqdim edilən modelləri nəzərdən keçirdin. Hadisələrin ardıcıllığı bu modellərdən hansına uyğun gəlir?