ÇİNGİZ AYTMATOV. “DƏNİZ KƏNARIYLA
QAÇAN ALABAŞ”
(BƏDİİ ƏSƏRLƏRDƏ İNSANIN TƏSVİRİ. XARİCİ GÖRKƏMİ)
Siz artıq öyrəndiniz ki, bədii əsərlərdə məkanların təsviri ilə yanaşı, insanların da təsvirinə yer verilir. Siz indi insanı ictimai varlıq kimi təsvir etməyi də bacarırsınız. İnsanın təsvirində digər mühüm amillər də vardır ki, bu məsələləri siz bu dərsdə öyrənəcəksiniz.
Cədvəl 10
İNSANIN XARİCİ GÖRKƏMİNİN TƏSVİRİ | ||
Xarici görkəmi |
Təsvir edilən insanın xarici görünüşündən danışılır. Yəni onun boyu, çəkisi, dərisinin, saçlarının, gözlərinin rəngi, saç düzümü və bədən üzvlərinin xüsusi diqqət cəlb edən digər xüsusiyyətlərindən söz açılır. Danışarkən istifadə etdiyi jest və mimikalar, onun duruşu, yerişi, digər hərəkətləri təsvir edilir. Bütün bunlar təsvir edilən insan haqqında ətraflı fikir yaradır. Yazıçı həm də bu insanı görəndə nə hiss etdiyini təsvir edir. İnsanın görünüşü təsvir edilərkən başdan ayağa doğru ardıcıllığına üstünlük verilir. |
|
Səsi |
İnsanın necə danışdığı, səsinin başqa səslərə bənzəməsi və müxtəlif şəraitlərdə (mahnı oxuyarkən, zarıyarkən, qışqırarkən və s.) necə eşidildiyi haqqında danışılır. Həmin insanın səsini eşidəndə ətrafdakılara necə təsir bağışladığı da təsvir edilir. |