ALEKSANDR DÜMA. “QAFQAZ SƏFƏRİ: BAKI”
(TƏSVİRİ XARAKTERLİ BƏDİİ ƏSƏRLƏRİN QURULUŞU:
ƏSƏRİN HİSSƏLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ)
Məktəbli dost! Mətnin quruluşu haqqında məlumatlı olduqda oxunun təşkili xeyli asanlaşır. Məsələn, tutaq ki, siz təsviri xarakterli hər hansı bir bədii nümunə ilə tanış olursunuz. Belə əsərlərin ideyası kiçik fikirlər şəklində əsər boyu paylanır. Bu zaman siz bəndlərdə, abzaslarda ifadə olunmuş kiçik fikirləri aşkar edərək müvafiq qeydlər aparmaqla oxumalısınız. Oxunun sonunda isə həmin kiçik fikirləri ümumiləşdirərək başlıca fikri — əsərin ideyasını müəyyən edirsiniz. Oxunun əsas məqsədi də bundan ibarətdir. Məqsədə çatmaq və müəllifin nə demək istədiyini müəyyənləşdirmək üçün mətnin quruluşu ilə yaxından tanış olmaq lazımdır.
Tapşırıq 1.
1. “Oxunun təşkili” cədvəlindən istifadə etməklə “Oxudan əvvəl”, “Oxu zamanı” və “Oxudan sonra” təlimatlarına əməl edin və əsəri oxuyun. Dəftərinizdə müvafiq qeydlər aparın.
Cədvəl 15
OXUNUN TƏŞKİLİ CƏDVƏLİ (DƏRK EDƏRƏK OXU) |
||
Təlimatlar | Qeydlər | |
Oxudan əvvəl | ||
1. |
Fikrinizi bir yerə cəmləşdirin. Mətnin başlığını oxuyun. |
|
2. |
Fikirləşin: Bu barədə indiyə
qədər nə oxumuşam, nə eşitmişəm,
hansı televiziya verilişini
izləmişəm? Bu barədə nə bilirəm? |