XƏLİL RZA ULUTÜRK. “GERBİMİZ - QƏLBİMİZ” (BİZ NƏ ÖYRƏNDİK?)
GERBİMİZ - QƏLBİMİZ
Bənddəki
hansı misraları
bədii
sual şəklində
ifadə
etmək olar?
Sən şəkil yox, nəfəsimsən, axan qansan varlığımda,
Hansı rənglər çiçəklənir gör üçrəngli bayrağımda.
Yaşıl rəngim — yaşıl bahar, müsəlmanlıq timsalıdır,
Göy rəngimdə türklük yaşar — millətimin amalıdır
Qırmızılıq — simvoludur çağdaşlığın, yüksəlişin,
Vətənimə can verməli mənim əzmim, mənim işim.
Cavan palıd mən özüməm, kökü ərzin mərkəzində,
Kökü burda, budaqları xan Arazın o üzündə.