Subyektin xarici görkəmini və səciyyəvi cəhətlərini təsvir edərkən onun yaxşı və pis, yaxud oxşar və fərqli cəhətləri qruplaşdırılır. Oxşar cəhətləri təsvir edərkən “həmçinin”, “eləcə də”, “bundan əlavə” bağlayıcı vasitələrdən istifadə etmək olar. Ziddiyyətli cəhətləri təsvir edərkən isə “eyni zamanda”, “buna baxmayaraq”, “bununla yanaşı” və s. kimi ifadələr işlətmək olar.
YAZIDAN ƏVVƏL
Tapşırıq 1.
Dərsliyə daxil edilən şəkillərdən istifadə etməklə, yaxud mövzuya uyğun gələn digər rəsmlərdən, fotoşəkillərdən və s. yararlanmaqla insanın təsvirinə geniş yer verilmiş esse yazın. Yazınızda şəkildə gördüyünüzün əşya, insan və məkanı da təsvir etməyə çalışın.