Eramızdan əvvəl 2-ci minillikdə Babil hökmdarı Hammurapi öz ölkəsi üçün qanun külliyyatı yaratdı. Bu qanunlar varlıların, kəndlilərin, azad insanların və qulların cəmiyyətdə necə davranmalı olduqlarına aid idi. Hammurapinin qanunları yarandıqdan sonra hakimlər mütləq Hammurapinin qanunlarına uyğun qərar çıxarmalı idilər. |
|
|
Babil hökmdarı Hammurapi qanun külliyyatını nə üçün yaratdı?
|
|
Qanunlar cəmiyyətin həyatını necə tənzimləyir?
|
Qanunların yaranma
səbəbləri
|
Qanunlar
|
Qanunların icrasının
nəticələri
|
İnsanlar ibtidai icma quruluşu dövründən başlayaraq qaydalar yaratmışlar. Qaydaları yaratmağa onları həyat özü məcbur edirdi. Məsələn, odu əldə etməyi hələ bacarmadıqları zamanlar hamı yatır, tonqal sönürdü. Onu yenidən yandırmaq üçün təbii yanğın çıxana qədər gözləməli olurdular. Sonralar odu sönməyə qoymamaq üçün qədim insanlar növbə ilə tonqalın keşiyini çəkməyə başladılar.