İki nəfər şərikli biznes yaratmışdı. Onlar çoxlu gəlir əldə etdilər və bu gəlirdən dövlət büdcəsinə vergi ödədilər. Şəriklərdən biri vergiyə görə gəlirinin azalmasından məyus olub dedi: - Biz bu pulu zəhmətlə özümüz qazanmışıq, axı niyə onu dövlətə verməliyik? Şəriki dedi: |
|
- Düzdür, biz bu pulları özümüz qazanmışıq, lakin dövlət biznesimizi yaratmaqda kömək edib: kredit verib, təsərrüfatımızı avadanlıqla təmin etməyə yardım göstərib. Biz vergini ödəməliyik ki, dövlət bu işləri daha çox sahibkar üçün edə bilsin. Ölkəmizin gələcəyi üçün bir vətəndaş kimi biz də məsuliyyət daşıyırıq.
Şəriki onunla razılaşdı.
|
Şərikin cavabına sizin münasibətiniz necədir?
|
|
Dövlət vergi siyasətini nə üçün həyata keçirir?
|
Dövlət öz ərazisində işləyib əməkhaqqı alanlardan gəlirinə görə vergi tutur. Bu hüquq dövlətə gəliri çox olan əhalidən gəlirlərinin bir hissəsini alıb yoxsullara vermək imkanı yaradır. Beləliklə, cəmiyyətin qayğıya ehtiyacı olan üzvlərinə: əlillərə, kasıblara, qocalara qayğı təmin edilir.
Vergitutma cəmiyyətin həyatını tənzimləmək üçün dövlətin yerinə yetirdiyi fəaliyyətlərdən biridir. Vergi vasitəsi ilə dövlət öz büdcəsini qurur, büdcəsinin hesabına həm daxili, həm də xarici funksiyalarını yerinə yetirir. |
|