İtaliyanın paytaxtı Roma şəhərində
“Kolizey” adlı qədim, əzəmətli tikili var.
Bir zamanlar bu tikilinin divarları arasında
qanlı qladiator döyüşləri keçirilmişdir. Bu
döyüşlər əsl ölüm savaşı idi. Roma əyanları
qladiator döyüşlərinə baxıb əylənirdilər.
Qladiatorlar yaşamaq uğrunda vuruşurdular.
Onların bu döyüşlərdən imtina
etməyə haqları yox idi. Məğlub olan qladiatorun
taleyini əyanlar müəyyən edirdilər.
Qalib qladiator istəsəydi belə, məğluba
mərhəmət edə bilməzdi.
Məğlubun həyatı əyanların bir
barmaq işarəsindən asılı idi.
Əyanların baş barmaqlarını
qaldırması qladiatorun həyatının
bağışlanması, aşağı salınması isə
ölüm hökmü idi. Yüzlərlə insanın gözü
qarşısında qladiatorların həyatına son
qoyulur, buna görə heç kimə cəza verilmirdi.
Bu, həmin dövr üçün adi hal idi, çünki qladiatorlar
qul idilər. Qulları insan deyil, danışan alət hesab edirdilər.
|
|
- dövlət
- insan hüquqları
- BMT
- Avropa Şurası
- Avropa Məhkəməsi
|
|
Qladiatorlar nə
üçün vuruşmaqdan
imtina edə
bilmirdilər?
|
|