Böyüklərdən fərqli olaraq uşaqların əlavə müdafiəyə ehtiyacı var. Uşaqlara qarşı şiddət müəssisələrdə, məktəblərdə və ailədə baş verə bilər. Kiber zorakılığın artması da müasir dövrün bir problemidir. Zorakılığa məruz qalan uşaqlar çox vaxt özlərini qoruya, kömək və dəstək ala bilmirlər. |
|
|
Bir uşağın daim incidildiyini müşahidə etsəniz, onu müdafiə etmək üçün hara müraciət edərsiniz? |
|
Müsair dövrdə uşaqların hüquqları necə qorunur?
|
Hər bir ölkənin gələcəyi uşaqların rifahından və inkişaf imkanlarından asılıdır. Hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi böyüməsi üçün uşaqların hüquqları təmin edilməlidir. Bu məqsədlə ölkəmizdə Təhsil, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumları fəaliyyət göstərir.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə yönəlmiş “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və digər qanunlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, hüquq pozuntularının qarşısının alınması üçün Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsi təsis edilmişdir. Bütün ölkələrdə insan hüquqları lazımi səviyyədə qorunmur. |
|