Adi dərs günlərindən biri idi. Birdən qapı döyüldü. İçəri ağxalatlı həkim daxil oldu. Sabah uşaqlara peyvənd vurulacağını söylədi və bu haqda valideynlərə məlumat verilməsini xahiş etdi. Mən çox təəccübləndim. Tənəffüsdə müəllimə yaxınlaşdım və uşaqlardan kimin xəstə olduğunu soruşdum. Müəllim heç kimin xəstə olmadığını, peyvəndin yoluxucu xəstəliklərin yayılmasına qarşı həyata keçirilən bir tədbir olduğunu söylədi. |
|
|
Yuxarıda göstərilən bu tədbir hansı dövlət orqanı tərəfindən həyata
keçirilir?
|
|
Vətəndaşların sağlamlığını qorumaq üçün dövlət hansı
tədbirləri görür?
|
Mətni oxuyub insanların sağlamlığının qorunması haqqında cədvəli işləyin.
İnsan sağlamlığına təsir edən amillər
|
İnsanların sağlamlığını
qorumaq üçün dövlət tərəfindən
həyata keçirilən fəaliyyətlər
|
İnsan orqanizminin vitaminlərə və müxtəlif minerallara ehtiyacı var. Vitaminlər insanın çəkisinə, boyunun uzanmasına, zehni inkişafına təsir göstərir. Orqanizmə lazım olan mineralları və vitaminləri isə biz qəbul etdiyimiz qidalar vasitəsilə alırıq. Sağlam olmaq üçün normal qidalanmaq hər bir insanın hüququdur. Dövlət insanların həyat səviyyəsinin yüksəlməsinə çalışır. Bunun üçün maddi imkanı məhdud olan ailələrə sosial yardım verilir. Yoxsulluğun aradan qaldırılmasına yönəlmiş proqramlar hazırlanıb həyata keçirilir.