|
|
|
Əməkdaşlıq etmək üçün insanda hansı keyfiyyətlər olmalıdır?
|
Mətndən seçilmiş söz, söz
birləşməsi, cümlə |
Sizin fikriniz
|
Yeni dərs ili başlayır. Siz bu il məktəbə VI sinif şagirdi kimi gəlmişsiniz. Yəqin ki, yeni dərs ili ilə bağlı çoxlu planlarınız var. Siz daha yaxşı oxumağı qarşınıza məqsəd qoymuşsunuz. Məktəbdə fəaliyyət göstərən dərnəklərə qatılmağı, sərgi, müsabiqə, yarış, konsert və olimpiadalarda iştirak etməyi düşünənlər də var. Planlarınızı gerçəkləşdirmək istəyirsinizsə, fəal olmalı və ətrafdakı insanlarla əməkdaşlıq etməlisiniz. Bütün işlərdə uğura aparan yol əməkdaşlıqdan keçir. Əməkdaşlığa söykənən fəaliyyət daha səmərəli olur. Əməkdaşlıq kömək istəmək və kömək etmək, fikir bölüşdürməkdir. Əməkdaşlıq etmək müzаkirələr аpаrmаğı, bir-birinin işini qiymətləndirməyi bаcаrmаqdır.
Əməkdaşlıq ünsiyyətdir. Ünsiyyət mədəniyyəti sayəsində insan istədiyi şəxslə səmərəli əməkdaşlıq edə bilər. Ünsiyyət zamanı etiket qaydalarına əməl etmək vacib şərtdir. İlk növbədə, həm söhbətinə diqqətlə qulaq asmaq, sözünü kəsməmək lazımdır. Bununla siz müsahibinizdən yeni məlumatlar öyrənir, eyni zamanda yaxşı nümunə göstərmiş olursunuz.