Təbiətdə biz suyu maye, buxar və buz halında görürük. Bunlar suyun aqreqat hallarıdır. |
|
|
Buxar və buz bir-birindən necə fərqlənir?
|
|
Bu fərqlərin səbəbi nədir?
|
Təbiətdəki maddələr adi gözlə görünməyən kiçik zərrəciklərdən ibarətdir. Maddələrin bərk, maye və qaz halında olması onların zərrəciklərinin vəziyyətindən asılıdır. Zərrəciklər bir-birinə çox yaxın yerləşəndə maddə bərk halda olur. Bərk halda olan maddələr formasını və həcmini saxlaya bilir.
Mayelər həcmini saxlasa da, formasını saxlaya bilmir, onlar hansı qaba tökülürsə, o qabın formasını alır. Ona görə ki, mayelərin hissəcikləri bir-birinə bərk maddələrdə olduğu qədər yaxın yerləşmir.
Qazlarda hissəciklər arasındakı məsafə ma yelərdə olduğundan da çoxdur. Hissəcikləri bir-biri ilə çox zəif əlaqədə olduğuna görə qazlar həcmini və formasını saxlaya bilmir, olduğu mühitdə hər yerə yayılır.
|
Siz qazların olduğu
mühitdə yayılmasına
aid hansı nümunəni
göstərə bilərsiniz?
|
Maddəni qızdıranda onun zərrəcikləri arasında əlaqələr zəifləyir və onlar bir-birindən aralanır. Maddəni soyutduqda isə əksinə, zərrəciklər arasındakı əlaqələr güclənir, onlar birbirinə yaxınlaşır. Temperaturun dəyişməsi maddənin aqreqat halının dəyişməsinə səbəb olur.