|
|
Bu işarələr nəyi ifadə edir?
|
|
İnsan sağlamlığına hansı amillər müsbət, hansılar mənfi təsir edə
bilər?
|
Müsbət amillər
|
Mənfi amillər
|
Qədim Yunanıstanda belə bir deyim vardı: “Güclü olmaq istəyirsənsə, qaç, gözəl olmaq istəyirsənsə, qaç, ağıllı olmaq istəyirsənsə, qaç”. Qədim yunanlar hərəkəti insan həyatı üçün niyə bu qədər önəmli hesab edirdilər? Çünki fəal hərəkət zamanı ürək tez-tez yığılıb-açılır. Bədəndə qan daha sürətlə hərəkət edir. Çox hərəkət edəndə insanın tənəffüsü tezləşir. Buna görə də orqanizmə bol oksigen daxil olur. Orqanlar daha çox oksigen alır, orqanizmin karbon qazından və zərərli maddələrdən təmizlənməsi prosesi sürətlənir.
İnsan az hərəkət etdikdə bu proseslər zəifləyir. Orqanların fəaliyyəti pozulur. Uzun müddət hərəkətsiz qalanda isə insanın orqanizmində müxtəlif xəstəliklərə səbəb olan dəyişikliklər baş verir.