|
|
|
Ətraf mühitin təmizliyini qorumaq üçün biz nə edə bilərik?
|
İnsanın təbiətə
mənfi təsiri |
Mənfi təsirin
nəticələri |
İnsanın təbiətə
müsbət təsiri |
Müsbət təsirin
nəticələri |
Dünya əhalisinin sayı artır, bu, Yerin təbii sərvətlərindən istifadənin artmasına səbəb olur. Həyatın bütün sahələrində yeni texnologiyaların tətbiq edilməsi də təbiətə təsiri gücləndirir. İnsanın fəaliyyəti çox vaxt təbiətə ziyan vurur. Bu fəaliyyətin getdikcə artması, Yer ehtiyatlarının qənaətsiz istismar edilməsi gələcəkdə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə də müasir dövrdə ətraf mühitin qorunması günün tələbinə çevrilmişdir. Hər bir insan öz üzərinə düşən məsuliyyəti dərk etməli və bu mühüm işdə yaxından iştirak etməlidir. Bunun yolu isə əhalinin ekoloji cəhətdən savadlanmasından, ekoloji mədəniyyətə yiyələnməsindən keçir.
Ekoloji mədəniyyət yalnız yerə zibil atmamaqdan ibarət deyil. Bu həm də enerjidən, sudan, qazdan, eləcə də təbii sərvətlərdən qənaətlə istifadə etmək, təbiətin digər canlılarına qayğı ilə yanaşmaqdır. |
|
Azərbaycan dövləti əhalinin ekoloji mədəniyyətinin yüksəldilməsi üçün tədbirlər görür. Buna görə də “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ölkəmizdə daim bu mövzuda dövlət proqramları qəbul edilib həyata keçirilir.