|
BMT Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya qəbul etmiş, 22 may tarixini “Beynəlxalq Bioloji Müxtəliflik Günü” elan etmişdir.
|
Bioloji müxtəliflik ifadəsini necə başa düşürsünüz?
|
|
Beynəlxalq Konvensiyanın qəbulu və “Beynəlxalq Bioloji Müxtəliflik Günü”nün qeyd edilməsi nə ilə bağlıdır? |
Canlılar, onların həyat tərzi, yaşadığı mühit çox müxtəlifdir. Bu müxtəlifliyin qorunması müasir dövrdə insanları çox narahat edən məsələlərdən biridir.
Qoruqlar, yasaqlıqlar və milli parklar bioloji müxtəlifliyin qorunmasında mühüm rol oynasa da, problemi həll etmir. Hər gün dünyada yüzə yaxın canlı növü hiss edilmədən məhv olur. Yer kürəsinin
|
“Bioloji müxtəliflik canlı
aləmin mövcud olmasının
vacib şərtidir” fikrini necə
izah edə bilərsiniz?
|
BMT ətraf mühitin mühafizəsi üçün UNEP adlanan Proqram qəbul etmişdir. Proqram bölgələrdə və bütün dünyada ekoloji məsələlərin həllinə yönəlmişdir. Proqram çərçivəsində Yer atmosferinin, su hövzələrinin, yerüstü ekoloji sistemlərin qorunması ilə bağlı layihələr həyata keçirilir. Bu işlərdə dünya dövlətləri və qeyri-hökumət təşkilatları əməkdaşlıq edirlər.
Azərbaycan Respublikası zəngin biomüxtəlifliyə malik olan ölkələrdən biridir. Bir çox bitki və heyvan növləri Azərbaycandan başqa dünyanın heç bir yerində mövcud deyil.