|
|
|
Yolda qoyulan bu nişanlar bizə nə deyir?
|
|
Yol nişanları neçə qrupa bölünür?
|
Uzaq keçmişdə də insanlar yolçulara müəyyən məlumat vermək üçün yollara bəzi nişanələr qoyurdular. Bunlar tətbiq olunan ən qədim yol nişanları idi.
Təbii ki, bu nişanələr müasir yol nişanları kimi deyildi. Avtomobilin yaranması
və sayının sürətlə artması bugünkü yol nişanlarının və yol hərəkəti qaydalarının
meydana gəlməsinə səbəb oldu. XX əsrin əvvəlində müasir nişanlardan dörd yol
nişanı yarandı. Onların hamısı xəbərdarlıq nişanları idi. Xəbərdarlıq nişanlarından
fərqli nişanların yaranması üçün əlavə otuz ilə yaxın
vaxt lazım gəldi. Sonrakı illər yol hərəkəti qaydaları
və yol nişanları təkmilləşdirildi, onların sayı artdı.
Nəticədə indi dünyanın hər yerində, o cümlədən
ölkəmizdə tətbiq olunan yol nişanları yarandı. Yol
nişanları elə tərtib edilmişdir ki, onların mənasını
dünyanın müxtəlif ölkələrində
yaşayan və müxtəlif dillərdə
danışan insanlar asanlıqla başa düşə bilirlər.
|
Müasir yol nişanları bir-birindən
hansı əlamətlərinə görə fərqlənir?
|