Hər birimizin yaddaşında çoxlu informasiya var. Dostlarımızın adlarını, evimizə aparan yolu, sevdiyimiz kitabın, filmin adını, yəqin ki, heç vaxt yaddan çıxarmırıq. Ancaq elə gərəkli informasiyalar olur ki, onlar zaman keçdikcə unudulur. Vacib informasiyanı uzun müddət yadda saxlamaq üçün münasib informasiya daşıyıcılarından istifadə edilir.
ADDIM- | ADDIM |
Aşağıdakı informasiyaları harada saxlamaq daha əlverişlidir?
Kompüterə daxil edilən və emal olunan verilənlər yaddaşda, daha dəqiq, operativ yaddaşda (ingilis dilində “RAM” adlanır) sax lanılır. Bu yaddaş müvəqqətidir, yəni kompüter sönən kimi orada saxlanılan bütün verilənlər silinir. Əgər verilənləri uzunmüddətli saxlamaq istəyirsinizsə, onları sərt disklərdə, disketlərdə, CD və DVD-lərdə, yaxud fləşyaddaş və yaddaş kartlarında yerləşdirməlisiniz.