6. ŞƏKLİ NƏ VAXT YADDA SAXLAMAQ LAZIMDIR
Kompüter proqramlarında iş zamanı nəticələr kompüterin operativ yaddaşında saxlanılır. Bildiyiniz kimi, operativ yaddaş müvəqqəti saxlama yeridir, kompüter sönən kimi oradakı bütün informasiya silinir. Ona görə də proqramlarda görülmüş işin nəticəsini sonda sərt diskə, yaxud hansısa xarici yaddasaxlama qurğusuna yazırlar. Bunun üçün işin sonunu gözləmək lazım deyil, çünki hazırlanmasına xeyli vaxt sərf etdiyiniz fayllarınız elektrik enerjisinin kəsilməsi nəticəsində itə bilər.
ADDIM- | ADDIM 1 |
Qrafik redaktorda şəklin saxlanması
Kompüteri işə salın və aşağıdakı alqoritmi yerinə yetirin: