7. MƏTNİN GÖRÜNÜŞÜNÜN YAXŞILAŞDIRILMASI
Mətndə olan informasiyanın oxucuya tez və asan çatdırılması üçün mətnin xarici görünüşü böyük rol oynayır. Bəzən mətndə müxtəlif şriftlərdən istifadə olunur, bəzi sözlər qalın yazılır, rənglə seçdirilir.
ADDIM- | ADDIM 1 |
Mətn redaktorunda mətnin hazırlanması
Bulud nədir?
Rütubətlə dolu isti hava yuxarı qalxdıqda buludlar yaranır. Belə ki, müəyyən yüksəkliyə çatdıqda isti hava soyumağa başlayır. Daha aşağı temperaturda o bütün rütubəti buxar şəklində saxlaya bilmir. Ona görə də artıq rütubət kiçik su damcılarına, yaxud buz kristallarına çevrilərək bulud əmələ gətirir.
Yarandıqları yüksəklikdən və oradakı temperaturdan asılı olaraq buludlar da müxtəlif olur.