8. ABZASIN FORMATLANMASI
Fəaliyyət
Mətn redaktorunda aşağıdakı nümunəyə uyğun sənəd hazırlayın. Onu kompüterin yaddaşında Kompüterin əsas qurğuları adı ilə saxlayın.
Sistem bloku
Sistem bloku kompüterin əsas hissəsidir. Onun içərisində bir sıra qurğular, o cümlədən prosessor və yaddaş yerləşir. Kompüterin digər qurğuları kabellər vasitəsilə sistem blokuna birləşir.
Monitor
Monitor informasiyanı ekranda əks etdirmək üçün qurğudur.
Klaviatura
Klaviatura vasitəsilə informasiya kompüterə daxil edilir. Klaviaturanın çoxlu sayda klavişləri var.
Siçan
Bu qurğu komandaları kompüterə daxil etmək üçündür. Adətən, iki düyməsi və təkərciyi olur. Siçanı hərəkət etdirdikdə ekranda onun göstəricisi yerini dəyişir.
Nəticəni müzakirə edək: