14. DÖVRİ ALQORİTMLƏR
Çayın sahilində 3 nəfər dayanıb. Onlar qarşı sahilə keçmək istəyirlər. Qayıqçı isə qayığa yalnız bir nəfər mindirə bilər.
Qayıqçının
hərəkətlər
ardıcıllığını belə
göstərmək olar:
Adamı qayığa götür
Qarşı sahilə aparıb düşür
Qayıt
Adamı qayığa götür
Qarşı sahilə aparıb düşür
Qayıt
Adamı qayığa götür
Qarşı sahilə aparıb düşür
Qayıt
Sahilə çıx
Fəaliyyət
Hesablamalar zamanı təkrarlanan əməliyyatlarla tez-tez rastlaşırıq: eyni ədədləri çoxlu sayda toplamalı, yaxud vurmalı oluruq. Belə hallarda daha yığcam yazılış formaları tətbiq olunur. Məsələn, əgər 15 ədədini 5 dəfə üst-üstə toplamaq lazımdırsa, 15 + 15 + 15 + 15 + 15 əvəzinə 5 x 15 yazılışından istifadə olunur. Başqa sözlə, müəyyən sayda toplama əməlini təkrarlamaq əvəzinə vurma əməli yerinə yetirilir.
Bu kimi məsələlərin həllinin alqoritmini qurarkən çox zaman müəyyən sayda əməliyyatlar ardıcıllığını dalbadal bir neçə dəfə yerinə yetirmək lazım gəlir. Əlbəttə, bu ardıcıllığı tələb edilən qədər yazmaq olar. Ancaq bu üsul o qədər də əlverişli deyil, təkrarların sayı çox olduqda isə tamamilə yararsızdır.