17. PROQRAMLAŞDIRMA MÜHİTİNDƏ SEÇİM
Fəaliyyət
Alqoritmi yerinə yetirin.
Başlanğıc
İnformatika otağında olan kompüter qurğularını müəyyən etmək
Əgər otaqda printer yoxdursa
onda Kompüterin giriş qurğularının adlarını yazmaq
əks halda Kompüterin çıxış qurğularının adlarını yazmaq
Son
Nəticəni müzakirə edək:
İndiyədək yazdığınız proqramlarda komandalar yuxarıdan başlayaraq ardıcıl yerinə yetirilirdi və heç bir komanda buraxılmırdı. Əslində isə çox zaman proqramdakı komandaların heç də hamısı icra olunmur. Başqa sözlə, proqramın bəzi hissələrinin icrası müəyyən şərtin doğru olub-olmamasından asılı olur. Məsələn, dəyişənin müəyyən qiymətində bir fiqur, başqa qiymətlərində başqa fiqur çəkmək tələb oluna bilər.