21. İNFORMASİYA RESURSLARI İLƏ İŞ MƏRHƏLƏLƏRİ
Fəaliyyət
Tutaq ki, siz “Azərbaycanın tarixi abidələri” mövzusunda məruzə hazırlamalısınız. Bu məruzənin hazırlanma mərhələlərini ardıcıl qeyd edin.
№ | Gördüyünüz iş |
1 | |
2 | |
3 | |
4 |
Nəticəni müzakirə edək:
İnformasiya resursları insanların yaratdığı və müxtəlif daşıyıcılarda saxlanılan informasiyalardır. Bu resurslar, ilk növbədə, elm və texnika sahəsində əldə edilmiş faktların, informasiyaların emalı nəticəsində alınan biliklərdir. Sonradan istifadə etmək üçün informasiya resursları haradasa saxlanılır. Bu məqsədlə müxtəlif informasiya sistemləri – kitabxanalar, arxivlər, filmotekalar, rəsm qalereyaları, muzeylər yaradılmışdır.
İnsanlar qarşılaşdıqları məsələləri həll edərkən daim informasiya resurslarından istifadə edirlər. Bu cür məsələlər müəyyən mərhələlərlə həll olunur.