22. DÜNYA HÖRÜMÇƏK TORUNDA GƏZİŞMƏ
Kağız daşıyıcılarda saxlanılan informasiya resursları son zamanlar elektron formaya salınaraq İnternetdə yerləşdirilir. Getdikcə daha çox insan elektron kitabxanalardan istifadə edir. İndi jurnallar, qəzetlər kağız variantı ilə yanaşı, elektron variantda da yayılır. Radio və televiziya
kanallarının da İnternetdə öz səhifələri var. Oradan siz verilişləri onlayn rejimdə canlı izləyə bilərsiniz. Eləcə də vaxtında izləyə bilmədiyiniz verilişlərin arxiv yazısına baxa bilərsiniz.
ADDIM- | ADDIM |
Brauzerdə gəzişmə
Back (Geri) düyməsini çıqqıldadın.
Forward (İrəli) düyməsini çıqqıldadın.