1. KOMPÜTER NECƏ İŞLƏYİR
  • Ana “başqa qurğular” dedikdə nələri nəzərdə tutur?

Fəaliyyət

Müvafiq çərçivələrin içərisində kompüterin hansı əsas və yardımçı qurğularının adlarının olacağını müəyyənləşdirin.

Nəticəni müzakirə edək:

  • Bu qurğulardan hansı olmasa, kompüter işləyə bilməz?

Kompüteri təşkil edən bütün qurğular onun aparat təminatı adlanır. Başqa sözlə, aparat təminatı kompüterin əllə toxunmaq və gözlə görmək mümkün olan hissələridir.

AÇAR SÖZLƏR
Kompüterin aparat təminatı
Giriş qurğuları
Çıxış qurğuları
Yaddaş
Prosessor
Verilənlər

Kompüterdən daha səmərəli istifadə etmək üçün siz onun aparat təminatı haqqında müəyyən biliklərə malik olmalısınız. Bu biliklər həm də işinizə uyğun kompüter seçməkdə sizə faydalı ola bilər.