25. ELEKTRON POÇTLA MƏKTUBLAŞMA
İstifadə olunan proqramdan asılı olmayaraq bütün e-poçt məlumatları müəyyən standart elementlərdən ibarətdir. Məktubun baş hissəsində – Kimə sahəsində adresatın ( şəxsin) ünvanı yazılır. Mövzu sahəsində məktubun məzmununun qısa təsviri başlıq şəklində verilir. Məktubun əsas hissəsində onun mətni yazılır.
Məktubun alınması. Yeni gələn məktublar varsa, poçt proqramı başladılan kimi onlar Gələnlər qovluğunda göstərilir. Həmin qovluğu çıqqıldatdıqda gəlmiş məktubların siyahısı açılır.