4. BƏSTƏKARLARIN YARADICILIĞINDA
MİLLİ XÜSUSİYYƏTLƏR
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli bir sıra musiqili səhnə əsərlərində Azərbaycan xalq musiqi nümunələrindən yararlanmışdır. Bəstəkar “Leyli və Məcnun” muğam-operasında sərkərdə “Nofəlin ariyası” üçün “Heyratı” Azərbaycan zərbi-muğamından istifadə etmişdir.
Dünya musiqisi tarixində də bəstəkarlar zaman-zaman həm öz xalqının, həm də digər xalqların musiqisinə müraciət etmişlər. Məsələn, dahi rus bəstəkarı Mixail Qlinkanın “Ruslan və Lyudmila” operasında “Qalanın dibində” Azərbaycan xalq mahnısının, macar bəstəkarı Bela Bartokun “3-cü kvartet”ində “Tərəkəmə” Azərbaycan xalq rəqsinin, dahi alman bəstəkarı İohann Sebastyan Baxın “Orqan üçün re minor Tokkata və Fuqa” əsərində “Bayatı-Şiraz” klassik Azərbaycan muğamının intonasiyaları duyulur.
“Leyli və Məcnun” operasından
Musiqi dinləyək
Ü.Hacıbəyli. “Leyli və Məcnun” operasından
“Nofəlin ariyası”