5. MUSİQİDƏ MÜHARİBƏ MÖVZUSU
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir texnika ilə təchiz edilmiş ordusu II Qarabağ müharibəsində əldə etdiyimiz qələbənin ən mühüm amilləri oldu. 44 gün davam edən müharibə nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edildi. Ana Vətən illərdir əsarətdə olan sevimli yurd yerlərinə, səfalı Qarabağına qovuşdu. Qədim Şuşa şəhərinin azad edildiyi gün, yəni noyabr ayının 8-i Azərbaycanın tarixinə Zəfər Günü kimi yazıldı.
Bəstəkar Oqtay Rəcəbovun “Zəfər himni” kantatası səfərbər Azərbaycan Ordusunun sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevə həsr edilib. Kantatanın sözləri Baba Vəziroğlunundur.
Musiqi dinləyək
Oqtay Rəcəbov. “Zəfər himni” kantatasınm III hissəsi
Bunu da bilin
Kantata - simfonik orkestr, xor və solistlər üçün nəzərdə tutulmuş təntənəli xarakterli əsərdir.
Nəğmələr də bəzən insanlar kimi qəribə taleli ola bilir. Əlibaba Məmmədovun Əliağa Vahidin sözlərinə bəstələdiyi “Vətən yaxşıdır” mahnısı Azərbaycanın əzəli torpağı olan Qarabağ uğrunda gedən Vətən müharibəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Xudayar Yusifzadənin ifasında ikinci həyat qazandı. Əlibaba Məmmədov bu təsnifi şəhid Xudayarın xatirəsinə ehtiram əlaməti olaraq “Xudayar təsnifi” adlandırdı.
Musiqi dinləyək
Mircavad Cəfərov və “Cəngi” etnocaz qrupu. “Xudayar təsnifi”