ÖZÜNÜZÜ YOXLAYIN
Bəstəkarların və şairlərin adlarını şəkillərinə görə təyin edin.
TESTLƏR
- Hansı bəstəkar öz operasında “Onu demə, zalım yar” Azərbaycan xalq
mahnısının intonasiyalarından istifadə etmişdir?
a) Q.Qarayev
b) F.Əmirov
c) Niyazi
- Dünyaşöhrətli azərbaycanlı dirijor-bəstəkar kimdir?
a) M.Maqomayev
b) T.Quliyev
c) Niyazi
- Azərbaycanda simfonik muğam janrını ilk dəfə kim yaratmışdır?
a) C.Cahangirov
b) Q.Hüseynli
c) F.Əmirov
- Orqan üçün ən çox əsər yazan bəstəkarın adı nədir?
a) L.V.Bethoven
b) P.Çaykovski
c) İ.Bax
- Hansı bəstəkar ürəyinin Varşavaya aparılmasını vəsiyyət etmişdir?
a) F.Şopen
b) L.V.Bethoven
c) D.Şostakoviç
- Hansı bəstəkarın əsərləri, əsasən, polifonik üslubda yazılıb?
a) O.Zülfüqarov
b) İ.Bax
c) L.V.Bethoven
- Fikrət Əmirovun “Şur” simfonik muğamı hansı üslubdadır?
a) homofonik
b) polifonik
c) homofonik, polifonik