12. KLASSİK AZƏRBAYCAN MUĞAMI - “SEGAH”
Musiqi dinləyək
“Segah” muğamı
“Segah” yeddi əsas muğamdan üçüncüsüdür. Segah sözü fars dilində “se” - üç, “gah” - mövqe, məkan sözlərinin birləşməsindən yaranıb. Azərbaycanda “Segah”ın “Segah”, “Zabul segah”, “Orta segah”, “Mirzə Hüseyn segahı”, “Xaric segah” və s. kimi növləri var.
Bəxtiyar Vahabzadə “Muğam” poemasında bütün muğamlarla yanaşı, “Segah” muğamı haqqında da yazıb:
Ey “Zabul”segahım, “Orta”segahım,
Mənim öz amanım, mənim öz ahım.
Sən mənə kimsədən pay verilmədin,
Sən özgə çeşmədən gətirilmədin.
Mənim dağlarımdır sənin qaynağın,
Qoşqarın,
Kəpəzin,
Ulu Şahdağın
Bağrından süzülüb sən durulmusan,
Məndə yuvalanıb, mənim olmusan.
“Segah” muğamı insanda sevgi, məhəbbət hissləri oyada bilir.