15. MUSİQİDƏ YUMORESKA
Dahi alman bəstəkarı İohann Sebastyan Baxın əsərlərini insanlara göstərdiyi təsirə görə “Ən gözəl musiqi əsərləri” adlandırmışlar. Bu gözəllik nədən ibarətdir? Belə gözəlliklərdən biri onun əsərlərinin ifadəli intonasiyaya malik olması və bu intonasiyanın asanlıqla yadda qalmasıdır. İ.S.Baxm musiqisinin əsas cəhətlərindən biri də onun əsərlərində musiqinin polifonik, yəni çoxsəsli olmasıdır. İ.S.Baxın əsərləri insana müsbət təsir edir və onda yüksək əhvali-ruhiyyə yaradır. Belə əsərlərdən biri də onun “2 №-li süita”sından “Yumoreska”dır. Bəstəkar bu əsəri simli orkestr və fleyta üçün yazmışdır.
Musiqi dinləyək
İ.S.Baxın “2 №-li süita”sından “Yumoreska”
Skripka
Alt
Violonçel
Kontrabas
Azərbaycan bəstəkarlarından Əşrəf Abbasov, Zakir Bağırov, Musa Mirzəyev və digərləri “Yumoreska” adlı fortepiano pyesi yazıblar. Bu əsərlər homofonikdir.