16.20 YANVAR VƏ MUSİQİ
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni hərbçilərinin iştirakı ilə Bakı şəhərinə hücum etdi. Tanklarla şəhərə daxil olan qoşun hissələri doğma Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız Azərbaycan vətəndaşının həyatına son qoydu. Şəhidlər arasında məktəblilər, tələbələr, qocalar, qadınlar var idi. Öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları Bakının Dağüstü parkında dəfn olundular və o gündən bu müqəddəs məkan Şəhidlər xiyabanı adlandırıldı.
20 Yanvar günü Şəhidlər xiyabanında Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri “Hümayun” muğamının təranələri altında səsləndirilir:
Bir qəfil gülləyə qurban gedərkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə,
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı el qeyrəti çəkdi şəhidlər.
Musiqi dinləyək
Azər Dadaşov. Solistlər, xor
və simfonik orkestr üçün 9
saylı simfoniya. “20 Yanvar”