24. AZƏRBAYCAN MUĞAMLARI VƏ XOR
Musiqi dinləyək
Nazim Əliverdibəyov.
“Bayatı-Şiraz” (a kapella üçün)
“Bayatı-Şiraz” (orqan aləti üçün)
Klassik muğamlar Azərbaycan xalq üçlüyü, xalq çalğı alətləri ansamblının müşayiəti ilə xanəndə tərəfindən ifa olunmaqla bərabər, həm də solo instrumental şəkildə (ayrı-ayrı Azərbaycan xalq çalğı alətlərinin ifasında) ifa olunur.
Bunlardan əlavə, muğamlarımızın xor kollektivi (a kapella) tərəfindən ifa variantları da mövcuddur. Bu əsərləri respublikamızda ilk dəfə yaradan istedadlı bəstəkar Nazim Əliverdibəyov (“Bayatı-Şiraz”) və bəstəkar Oqtay Rəcəbov (“Segah”) olmuşlar. Nazim Əliverdibəyov, eyni zamanda “Bayatı-Şiraz” muğamını orqan aləti üçün də işləmişdir.
Bunu da bilin
Dahi alman bəstəkarı İ.S.Baxın “Orqan üçün re minor Tokkata və Fuqa” əsərində də Azərbaycan klassik muğamı olan “Bayatı-Şiraz”ın intonasiyaları duyulur.
Musiqi dinləyək
İ.S.Bax. “Orqan üçün re minor Tokkata və Fuqa”
əsərindən bir parça