26. MUĞAMLAR VƏ MİLLİ AZƏRBAYCAN OPERASI
Muğam-opera - muğamla işlənmiş səhnə əsəridir. Bu janrın dünyada ilk yaradıcısı Üzeyir Hacıbəylidir. O, Azərbaycan muğamlarından bəhrələnərək 6 muğam operası yaratmışdır. Üzeyir Hacıbəylinin muğam operaları aşağıdakı sxemdə öz əksini belə tapmışdır.
1908-ci ilin 25 yanvar günü Azərbaycan professional musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmışdır. Məhz bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operası Bakıda milyonçu Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyuldu. Bununla da Azərbaycanda və bütün Şərqdə opera sənətinin bünövrəsi qoyuldu.