İnsanlar bir-biri ilə dil vasitəsilə ünsiyyət yaradırlar. Dünyada 2000-dən artıq dil mövcuddur. Danışıq dili təbii dildir və o daima inkişaf edir. Riyaziyyatı öyrənərkən siz riyazi dillə tanış olursunuz. Riyazi dilin öz əlifbası, işarələri var. Onlara, hər şeydən əvvəl, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmləri, =, >, < , +, %, ( ) və s. işarələr daxildir. Riyazi dilə klassik latın əlifbasının hərfləri də daxildir, (a, b, c,...) (a, be, se, ... - kimi oxunur). Riyazi dildə yazılan ifadə riyazi ifadə adlanır. Məsələn, k +5 ifadəsi riyazi ifadədir. Riyazi ifadələr ədədi və hərfi ifadələrə ayrılır. Yazılışında yalnız ədədlər və əməllər iştirak edən riyazi ifadə ədədi ifadə, hərflər də iştirak edən riyazi ifadə isə hərfi ifadə adlanır. Məsələn, (6 + 0,5) : 13 - ədədi ifadə; (x + 67) - 16 isə hərfi ifadədir.
a) a + b + 12;
ç) 4m - 8;
ə) 2 + 4,5b;
b) (2 + a)(b - c);
d) 6(k + 3);
f) a+b
c
c) 100 - (x + y);
e) a2 - c;
g)(n-7)2.
a) Ata Nailədən k dəfə böyükdür;
c) Qardaşı Nailədən a yaş kiçikdir;
b) Ana Nailədən m yaş böyükdür;
ç) Bacısı Nailədən n yaş böyükdür.