Vurmanın paylama xassəsinin a(b + c) = ab + ac və a(b - c) = ab - ac bərabərliklərində sol və sağ tərəflərin yerini dəyişsək, ab + ac = a(b + c) və ab - ac = a(b - c) alarıq. Bu bərabərliklər ortaq vuruğun mötərizə xaricinə çıxarılmasını ifadə edir.
Nümunə:
a) 3a + 3b = 3(a + b);
b) 16x - 14y + 18z = 2 • 8x
- 2 • 7y + 2 •
9z = 2(8x - 7y + 9z).
Mənfi işarəli vuruğu mötərizə xaricinə çıxardıqda, mötərizənin daxilindəki toplananlar öz işarəsini əksinə dəyişir.
c) -2c + 4m = -2(c - 2m).
ç) -a - 2b + c = -(a + 2b - c).