4.8.
Bərabərsizlik
Araşdırma: x + 8 < 11 bərabərsizliyini ödəyən tam ədədlər
hansılardır?
Həlli:
|
x dəyişəninin yerinə elə tam ədəd yazmaq lazımdır ki, onun üzərinə 8 əlavə etdikdə,
alınan cəm
11-dən kiçik olsun. Belə ədədlərdən ən böyüyü 2-dir. Onda bərabərsizliyin həlli 3-dən kiçik tam
ədədlər olar.
|
Yazılışında hərf iştirak edən bərabərsizlik hərfi bərabərsizlikdir.
Çalışmalar
-
a) 2, 3, 4, 8, 6 ədədlərindən hansı x - 9 > 12 bərabərsizliyinin həlli olar?
b)
x-in hansı qiymətlərində x + 6 < 18 bərabərsizliyi doğru olar?
c)
2 ≤ 6 : n bərabərsizliyini ödəyən tam ədədlər çoxluğunu yazın.
-
Riyazi işarələrin köməyi ilə yazın:
a)
k ədədi 5-dən böyükdür;
b)
m ədədi 20-dən böyük və ya ona bərabərdir;
c)
x ədədi c ədədindən kiçikdir;
ç) p ədədi 32-dən kiçik və ya ona bərabərdir.
-
a) a > 2 bərabərsizliyinin hər iki tərəfinə -2; 5; -7; 8 əlavə edin. Nəticələri yazın;
b) Gülər deyir ki, 12 > 7 olduğu üçün 1
12 > 1
7 bərabərsizliyi doğrudur. Onun
fikrinə münasibətinizi bildirin və əsaslandırın.
-
Mədinə deyir ki, 3x - 8
≤
-5 bərabərsizliyinin natural həlli yoxdur. Onun fikrinə münasibətinizi bildirin. Sizcə, Mədinə
doğrumu deyir?
-
a) 4x
<
16 bərabərsizliyinin natural həllər çoxluğunu göstərin.
b) 7 (a + 3) > -14 bərabərsizliyini
ödəyən
ən kiçik tam ədəd hansıdır?
c) 17-x>16-25 bərabərsizliyini ödəyən bir neçə tam ədəd deyin.
- Seçmə üsulu ilə bərabərsizliyin bir neçə tam həllini yazın:
a) x + 16 ≤ 24;
ç) x - 71 > 0;
b) a - 17 > 12;
d) 66 ≥ 12 - x;
c) 8 + b ≥ 1;
e)7a < 20 + 8;
-
Seçmə üsulu ilə bərabərsizliyin bir neçə tam həllini yazın:
a) x + 5 ≤ 61 + 12;
c) m + 5m - 92 > 100;
b) a - 9 + 5 > -3;
ç) 15 + 11x ≥ 99 - x.
-
a) a = -2 ; 0; 3 olarsa, 3a + 8 və 9 - 9a ifadələrinin qiymətini;
b) x = 5; -5 olarsa, 21-4x və 11 + 2x ifadələrinin qiymətini müqayisə
edin.