Düz xətlə çevrənin heç bir ortaq nöqtəsi olmaya bilər.
Bu halda düz xətt çevrədən kənarda yerləşir. Onda
deyirik ki, düz xətt çevrəni kəsmir.
Məsələn: a, b, c düz xətləri çevrəni kəsmir (şəkil 1).
şəkil 1
Çalışmalar
Radiusu 4 sm olan çevrə çəkin. Onun daxilində, üzərində və xaricində nöqtələr
qeyd edin. Bu nöqtələri adlandırın.
Diametri 6 sm olan çevrə çəkin və onun xaricində C və D nöqtələrini elə qeyd
edin ki, CD düz xətti çevrəni kəsməsin.
Şəklə əsasən tapın (şəkil 2):
a) O A = 7 sm, AB = 2 sm olarsa, OK =?
b) OA = 12 mm, OK = 8 mm olarsa, AB =?
c) PK = 8 sm 2 mm, AB = 2 sm 5 mm olarsa, OA = ?
Şəklə əsasən hesablayın (şəkil 3):
a) OA = 5 sm, AB = 2 sm olarsa, OB + OD =?
b) OA =11 sm, OB = 8 sm olarsa, AB + OC =?
c) CD = 9 sm 2 mm, AB = 1 sm 5 mm olarsa,
OA+CD = ?
şəkil 2
şəkil 3
Hər hansı radiuslu çevrənin xaricində onu kəsməyən parça çəkin. Həmin parçanın
orta və uc nöqtələri ilə çevrənin mərkəzini birləşdirin. Alınmış parçaların
uzunluqlarını ölçün və nəticələri müqayisə edin.
Radiusu 3 sm olan O mərkəzli çevrəni kəsməyən PK parçasını elə çəkin ki,
OP = 3,5; OK = 4,2 sm olsun. O nöqtəsindən PK parçasına perpendikulyar
olan düz xətt çəkin və kəsişmə nöqtəsini M ilə işarə edin. OM parçasının
uzunluğunu ölçün və onu OK və OP parçalarının uzunluqları ilə müqayisə
edin.