Fiqurun sahəsini müxtəlif alətlərin köməyi ilə ölçmək mümkündür. Belə alətlərdən
biri də “palet” adlanır. Bu, eyniölçülü kvadratlara bölünmüş düzbucaqlı formasında
nazik şəffaf rəngli alətdir. Palet sahəsi hesablanan fiqurun üzərinə qoyulur,
sahə fiquru örtən kvadratların sayına uyğun olaraq hesablanır. Burada fiqurun
daxilində tam şəkildə yerləşən kvadratların sayının (m sayda) üzərinə natamam
şəkildə yerləşən kvadratların sayının (n sayda) yarısı əlavə edilir: S ≈ m + n
2.
Palet tərəfi 1 sm, 1 mm, 1 dm və s. olan kvadratlara bölünə bilər. Hər bir halda fiqurun sahəsi paletin verildiyi vahidlə ölçülmüş olar.
Nümunə: Şəkildə verilmiş üçbucağın sahəsini palet vasitəsilə təqribi hesablayın:
Həlli: | Göründüyü kimi, paletin verilmiş üçbucağın daxilində tam yerləşən kvadratlarının sayı 7, natamam yerləşən kvadratlarının sayı isə 13-dür. Beləliklə, S ≈ 7 + 13:2 = 13,5 (kv.v) olar. |
a) 14 m2 = ... dm2;
c) 800000 mm2 = ... sm2
b) 37000 m2 =... ar;
ç) 7,9 ar = ... m2.
a) 34 ar = ... ha;
ç) 7100 sm2 = ... ar;
b) 21 ha= ... ar;
d) 48 ha= ... m2;
c) 521 dm2 = ... sm2;
e) 40 m2 = ... mm2.
a) 67 ha + 14 dm2 + 100 m2;
c) 6000 ar + 2 ha - 400 m2;
b) 300 m2 + 41 ha + 200000 sm2;
ç) 2 km2 + 3 ar + 70 dm2.
Nümunə: 5 ar + 8 km2 + 12 m2 = 5 ar + 80000 ar + 0,12 ar = 80005,12 ar.