Silindrin açılışındakı dairələr konqruyent olub, silindrin oturacaqları adlanır. Silindrin yan səthinin açılışı isə düzbucaqlıdır. Düzbucaqlı və dairələr silindrin tam səthini əmələ gətirir. Silindrin tam səthinin sahəsini hesablamaq olar.
Nümunə: | Verilmiş silindrin səthinin sahəsini hesablayın (π≈3 götürün) (şəkil 1). |
Həlli: Silindrin açılışı iki dairə və bir düzbucaqlıdan ibarətdir.
Əvvəlcə dairənin sahəsini tapaq: πr2 = 3 • 32 = 27 (sm2).
Oturacaqlar iki dairədən ibarət olduğu üçün: 2 • 27 = 54 (sm2).
Yan səthin açılışı düzbucaqlıdır və onun tərəfləri 4 sm və 18 sm-dir (düzbucaqlının bir tərəfinin uzunluğu silindrin hündürlüyünə, ikinci tərəfinin uzunluğu isə oturacaqdakı dairənin çevrəsinin uzunluğuna bərabərdir: C=2πr = 2 • 3 • 3 = 18 sm).
Bu düzbucaqlının sahəsi: 18 • 4 = 72 (sm2).
Deməli, silindrin tam səthinin sahəsi: 72 + 54 = 126 (sm2).
Cavab: 126 sm2.