Müəyyən qərar qəbul etmək üçün məlumatın toplanması kifayət etmir. Toplanmış məlumatların emal edilməsi və analizi üçün onların müxtəlif formalarda təqdim olunması vacibdir. Bu təqdimolunma formalarından ən çox istifadə olunan cədvəl formasıdır. Lakin cədvəl əlverişli formada qurulmalıdır.
Araşdırma: | Bayram tədbiri üçün altıncı sinif şagirdləri ərzaq almaq istəyirdilər. Məlum oldu ki, nə almaq haqqında vahid bir fikir yoxdur. Onda uşaqlardan biri belə bir suala cavab verməyi təklif etdi: “Sən daha çox hansı şirniyyatı xoşlayırsan: şəkərbura, paxlava, konfet, yoxsa peçenyeni?” Hər uşaq ancaq bir seçim edə bilərdi. Əvvəlcə şagirdlər öz seçimlərini lövhədə yazdılar: |
№ | Adlar | Şirniyyatın adı |
1. | Lalə | şəkərbura |
2. | Nigar | paxlava |
3. | Natiq | konfet |
4. | Rauf | peçenye |
------- | ------------- |
Müəyyən edildi ki, bu formada cədvəl əlverişli deyil. Onda belə bir cədvəl qurmaq təklif olundu:
Sevimli şirniyyat | Hesablama | Uşaqların sayı |
şəkərbura | 12 | |
paxlava | 9 | |
konfet | 5 | |
peçenye | 7 |
Bu cədvəl daha əlverişli və anlaşılan idi. Beləliklə, ikinci cədvələ əsasən düzgün qərar qəbul olundu: səs çoxluğu ilə şəkərbura alındı.